5 Dekabr 2017 14:57
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən hərracda 15 əmlak özəlləşdirilib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyət, 14-ü isə istifadəsiz qeyri-yaşayış sahəsidir. Özəlləşdirilən istifadəsiz olan daşınmaz dövlət əmlaklarının hamısı Bakıda yerləşir.

Elektron sifariş verilərək hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nərimanov rayonunda yerləşir. Qeyd olunan qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 68 kv.m-dir. Əmlak hərracın gedişatı zamanı rəqabətli şəraitdə ilkin satış qiyməti 20 min manatdan yüksələrək 38 min 700 manata özəlləşdirilib. Rəqabətli formada özəlləşdirilən digər əmlak isə paytaxtın Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Ümumi faydalı sahəsi 113.4 kv.m olan qeyri-yaşayış sahəsi rəqabətli keçən hərrac prosesində ilkin satış qiyməti 12 min 500 manatdan yüksələrək 20 min 200 manata öz sahibini tapıb. Elektron hərrac xidməti vətəndaşa həm vaxtına qənaət etmə imkanı yaradır, həm də operativ olaraq xidmətdən istifadəni təmin edir.

Ən aşağı qiymətə özəlləşdirilən əmlak isə paytaxtın Yasamal rayonundakı qeyri-yaşayış sahəsi olub. Əmlak 3 min manata özəlləşdirilərək sahibini tapıb.

Budəfəki hərracda 1 səhmdar cəmiyyəti də özəlləşdirilib. Özəlləşdirilən səhmdar cəmiyyəti Ağsu rayonunda yerləşən “Ağsu Sənaye İnşaat” olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər