5 Dekabr 2017 15:36
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyada anadan olmasına baxmayaraq o, bütün həyatını Azərbaycana bağladı.

Bunu Teleqraf.com-a açıqlamasında mərhum jurnalist Tatyana Çaladzenin Təzəpir məscidində keçirilən üç mərasimdə iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, T.Çaladzeni Azərbaycana gətirən Qarabağda atılan mərmilərin səsi idi:

“O, Qarabağ münaqişəsini, ermənilərin əsassız torpaq iddialarını dünyaya çatdırmağa gəlmişdi. İstər Xocalı hadisələrini faktlar əsasında işıqlandırması, istərsə də Qarabağda əsgərlərin torpaqlarımızın azadlığı uğrunda şərəfli ölümlərini əks etdirən araşdırma yazıları onu bizim yaddaşımızda əbədiləşdirəcək. Tatyana Çaladzenin ilk reportajı məhz cəbhə bölgəsindən oldu. Azərbaycanlı olmasa da, o bu haqsızlığa göz yummadı və sona qədər Qarabağ həqiqətlərini işıqlandırmağa davam etdi”.

Şura sədri qeyd edib ki, T.Çaladzenin ölümü Azərbaycan mətbuatı üçün ağır itkidir:

“Tatyana Çaladze həm jurnalist, həm də bir vətəndaş olaraq çox vətənpərvər insan olub desək, yerinə düşər. O Azərbaycana öz vətəni kimi sahiblənən jurnalist olub. Allah rəhmət eləsin”.


Müəllif: Könül

Oxşar xəbərlər