5 Dekabr 2017 16:23
2 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayşən Mirzəyeva dünyasını dəyişməyib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Ayşən Mirzəyevanı əməliyyat edən "Grand Hospital"ın həkim invaziv-radioloqu İlqar Hüseynov deyib.

Həkimin sözlərinə görə, xəstəxanada elə bir fakt qeydə alınmayıb: “ Vallah, bizim xəstəxanada ölüm fakt qeydə alınmayıb. Mən özüm də heç yerə qaçmamışam, Bakıdayam”.

Xatırladaq ki, Ayşən Mirzəyeva noyabrın 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv- radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb.

Bu gün 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişməsi ilə bağlı məlumat yayılıb. Eyni zamanda həkimin Bakıdan qacıdığı deyilir.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər