5 Dekabr 2017 20:09
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyatı üzrə göndərilməsini nəzərdə tutursa, dəyişiklik edilənvariant həm də inzibatı xəta əlamətləri olan hüquqpozmaları əhatə edir.

Teleqraf.com xəbər verir ki, indiyədək Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdi.

Dəyişikliklərdə isə qeyd edilir ki, Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan materialları müvafiq olaraq, müvafiq icra hakimiyyəti orqanına və ya Baş Prokurorluğa göndərəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər