6 Dekabr 2017 01:36
2 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yük maşını magistral yolda hərəkət edir və onun arxa hissəsindən 3 qoyun ayaqlarından asılıb. İndi təqdim edəcəyimiz kadrları vətəndaşlardan biri çəkərək göndərib. Bakı-Sumqayıt yolunda hərəkət edən yük maşınından asılan qoyunların ölü və ya diri olduğu bilinməsə də, heyvanların bu şəkildə daşınması qanun pozuntusudur. Bəs qoyunları bu şəkildə aparan sürücünü hansı cəza gözləyir?

Teleqaraf.com bildirir ki, 3 baş xırdabuynuzlu heyvan ayaqlarından asılı şəkildə aparılır. Video Bakı-Sumqayıt yolunda lentə alınıb. Kadrlardan görünür ki, 41 BC 341 dövlət qeydiyyat nişanlı yük avtomobilindən 3 qoyun asılaraq aparılır. Ancaq həmin heyvanların ölü və ya diri olduğu bilinmir.
Baş Dövlət Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, bu görüntülərdə birmənalı olaraq yükdaşıma qaydaları pozulub. İnzibati xətalar məcələlsinə görə, həmin sürücü 40 manat məbləğində cərimə edilməlidir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Ramiz Salmanov deyir ki, burada həmçinin heyvanların mühafizəsi haqqında qanunun tələbləri də pozulub.
Qeyd edək ki, baytarlıq haqqında qanunun tələblərini pozan şəxslər 100-200 manat məbləğində cərimə olunur. (xezerxeber.az)


Müəllif: Teleqraf.com