Bu gün ADA Universitetində “İƏT xarici işlər nazirlərinin toplantısı”nın ilk simulyasiyası keçirilib.
Teleqraf.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv 40-dan artıq ölkədə 7 ildir icra olunan “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” beynəlxalq təhsil layihəsi çərçivəsində ADA Universitetində ilk milli “MOİC Club” ( “İƏT Modeli Klubu”) yaradılıb.
Bu həftə isə yeni yaranmiş ADA İƏT Modeli klubunun ilk təlimləri və simulyasiyası həyata keçirilib.
ADA Universitetindəki təlim və simulyasiyanın indiydək Azərbaycanda keçirilən “İƏT Modeli” tədbirlərindən əsas fərqi həmin tədbirin tam olaraq ingilis dilində icra edilməsi olub.
Qeyd edək ki, bu ildən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsi çərçivəsində Azərbaycanın digər ali məktəblərində də daxili İƏT Modeli klublarının yaradılması nəzərdə tutulur.
Layihənin Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə bütün ali məktəbləri əhatə edəcək ümumrespublika mərhələsi isə yanvar ayından start götürəcək.