Məşhur Vəkilovlar nəslinin davamçısı, Parisdə yaşayan azərbaycan əsilli jurnalist, Fransada türk film festivallarının qurucusu mərhum Leyla Vəkilli (https://az.wikipedia.org/wiki/Leyla_V%C9%99killi) haqqında viki-məqalə yaradılıb.
Viki-məqalə AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da hazırlanıb. Leyla Həsanalısultan qızı Vəkilli 1932-ci il tarixdə Parisdə doğulub. Onun atası Həsanalısultan bəy Vəkilov Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvanda gimnaziyada alıb, sonra Rusiyada Xarkov Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət Tiflisdə yaşayıb.Tiflisdə Mariya adlı gürcü xanımla evli olub. 1920-ci ildə Qafqazda sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib.
Leyla Vəkilli 1952-ci ildə İstanbulda Fransız Liseyində təhsil alıb. Sarbona Universitetini sosialogiya fakültəsini bitirb. Sonradan Fransada jurnalist kimi fəaliyyətə başlayıb. Dünyada 184 ölkədə bürosu olan Sipa-Press Agentliyində çalışıb. Jurnalistlik fəaliyyətilə bağlı dünyanın bir çox ölkələrində olub. O, cümlədən Afrikaya, Latın Amerikasına, Fələstinə, Nikaraqua və Əlcəzairdə olub. Əlcəzairdə avtomobil qəzasında ağır yaralanıb. Əlcəzairdə argentinalı marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevara ilə 3 saatlıq görüşdə iştirak edib. 1962-ci ildə Fransada Nazim Hikmətlə görüşüb. Fransada Türk Filim Festivalının qurucularından, habelə Fransada cap olunan “DEFİ” jurnalının baş redaktoru olub. 1996-cı ilədək Parisdə yaşayıb. Həmin il Türkiyəyə Bodurumun Muğla şəhərinin, Türkbükü bölgəsinə köçüb.
O, noyabrın 26-da dünyasını dəyişib.
Qeyd edək ki, Leyla Vəkilli tanınmış hüquqşünas Səməd Vəkilovun bibisidir.