7 Dekabr 2017 22:45
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib: “2018-ci ildə, çox qısa bir zamanda “Azerspace-2” peykinin orbitə çıxarılması gözlənilir. Hazırda işlər plana uyğun şəkildə həyata keçirilir. Demək olar ki, son hazırlıq mərhələsidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər