8 Dekabr 2017 11:03
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “İslam Həmrəyliyi ili: silsilə maarifləndirici tədbirlər” layihəsi çərçivəsində keçirilən tədbirlərə yekun vurulub.

Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində 03.11.2017-ci il tarixdə Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli, 07.11.2017-ci il tarixdə Qazax şəhər S.Vurğun adına 2 nömrəli, 21.11.2017-ci il tarixdə Qazax şəhər F.Şamoyev adına 4 nömrəli, 22.11.2017-ci il tarixdə Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəblərdə və 23.11.2017-ci il tarixdə Qazax şəhər M.Hüseyn adına məktəb-liseydə yuxarı sinif şagirdləri arasında “İslam sülh və həmrəylik dinidir” başlığı altında inşa-yazı müsabiqələri, 30.11.2017-ci il tarixdə isə Qazax Dövlət Rəsm Qalereyasında rəsm müsabiqəsi keçirilib.

Bundan başqa, layihə çərçivəsində sakinlərin, xüsusən də, gənclərin dinə münasibətinin, dini dözümlülük və dini radikalizm haqda fikirlərinin araşdırılması məqsədilə sorğu keçirilib.

Sorğuların ilki 26.10.2017-ci il tarixdə Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilib.

Bundan başqa, BDU Qazax filialında, eləcə də, şəhər sakinləri və Daş Salahlı, Çaylı və Aslanbəyli kəndlərində də sorğuların keçirilməsi nəzərdə tutulub.

Keçirilən bu tədirlərdə ümumilikdə 300 nəfər gənc iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər