Abbasəli Həsənov Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
***
Azərbaycan prezidenti İlham Əliyev Nazlı Abdulla Məhəmmədin Azərbaycanın Cibuti Respublikasında fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
Məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
***
Prezident İlham Əliyev Azərbaycanın Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kamil Tacid oğlu Xasiyevin vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.
Xəbərə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycanın Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Məlumata görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.