Yağlanan saçlarını tez-tez yuyan insanlara həkimlər hər gün bu prosedura əl atmamağı məsləhət görürlər.
Teleqraf.com xəbər verir ki, həkimlərin fikrincə, saçları hər gün yumaq onlara mənfi təsir edir. Belə ki, bu halda saçlar yağlılığını itirmir, dəridəki qoruyucu bakteriyalar isə məhv olur. Bu isə saç tökülməsinə və kəpəklənməyə səbəb olur. Saçları tez-tez tyuduqda qoruyucu bakteriyalar məhv olmaqla yanaşı həmçinin dəridə ziyanlı bakteriyalar yaranır. Həkimlər saçları həftədə 3 dəfə ilıq su ilə yumağı məsləhət görür. Eyni zamanda saça vurulan jele və digər bu kimi kimyəvi maddələrin saçda uzun müddət qalması onların kökünü zəiflədərək, saç tökülməsinə səbəb olur.