9 Dekabr 2017 15:51
3 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin adı rəsmi sənədlərdə fərqlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri tədqiqatçı-alim, professor Ədalət Tahirzadə deyib.

Alimin sözlərinə görə, 1918-ci il mayın 28-də elan olunmuş, 1920-ci il aprelin 28-də süquta uğramış milli dövlətimiz özünü Azərbaycan Cümhuriyyəti adlandırıb: "Mən həmin dövrün bütün dövlət sənədlərini, nazirliklərin, idarələrin möhürlərini araşdırmışam. Bir çox başqa sənədlərə də baxmışam. Hər yerdə ölkənin adı Azərbaycan Cümhuriyyəti kimi qeyd olunub".

Ədalət Tahirzadə bildirib ki, xalq cümhuriyyəti ifadəsi yalnız İstiqlal Bəyannaməsində yer alıb: "Bəyannamənin 2-ci bəndində deyilir: "Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor". Yəni müstəqil Azərbaycan dövləti özünə xalq cümhuriyyəti idarəetmə üsulunu seçir. Bu ifadə dövlətin rəsmi adı sayılmayıb".

Azərbaycan tarixçiliyində, eləcə də ictimai fikirdə ilk milli dövlətimiz Azərbaycan Xalq Cümhuriyyəti (AXC) adı ilə qeyd olunub. Bəzi hallarda həmin dövlətə Azərbaycan Demokratik Respublikası da (ADR) demişik. Bundan sonra o, necə adlanmalıdır?

Başqa alim və tədqiqtaçıların da fikir və şərhini saytmızda təqdim etməyə hazırıq.


Müəllif: Qurban Yaquboğlu

Oxşar xəbərlər