Azərbaycan və Pakistan təhsil, idman və mədəniyyət sahələrində yeni razılaşmalar imzalamağı planlaşdırır.
Bu barədə Trend-ə müsahibəsində Pakistanın Xarici İşlər naziri Xavaca Məhəmməd Asif deyib.
Nazir qeyd edib ki, hər iki ölkə zəngin tarixə, ənənələrə və mədəniyyətə malikdir.
"Nəsillərcə səyyahlar hər iki ölkəyə Böyük İpək Yolu ilə səyahət edib. Bu da iki ölkənin mədəniyyətlərinin, mətbəx ənənələrinin və həyat tərzinin daha da zənginləşməsinə şərait yaradıb. Buna görə də biz bütün sahələrdə əməkdaşlığımızı möhkəmləndirmək və gücləndirmək üçün çalışırıq ", - deyə Məhəmməd Asif bildirib.
Pakistan XİN başçısı vurğulayıb ki, ölkəsi Azərbaycanla sıx, səmimi və qardaşlıq münasibətləri qurub: "Biz ümümi imana köklənən, mədəni ənənələrin və tarixin çoxsaylı məqamları ilə bağlı münasibətləri yüksək dəyərləndiririk".