10 Dekabr 2017 15:36
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 8-9-da Vyanada toplantısı oldu. Toplantıda ATƏT-in Minsk Qrupu həmsədrlərinin (ABŞ, Rusiya və Fransa) xarici işlər nazirlərinin adından Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ortaq bəyanat yayımlandı.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazıladığı analitik yazıda öz əksini tapıb.

Qeyd olunur ki, ATƏT Xarici İşlər Nazirləri Şurası ildə bir dəfə keçirilir və hər il həmsədr dövlətlərin xarici işlər nazirlərinin Qarabağla bağlı ortaq bəyanatı yayınlanır:

“Bu bəyanatların mətni oxşardır. Budəfəki bəyanatda da sülhdən, müzakirələrin davam etdirilməsinin vacibliyindən danışıldı. Helsinki Yekun Aktının 3 maddəsi yenə xatıladıldı: münaqişələrin həlli zamanı güc tətbiq olunmamalı və danışıqlara üstünlük verilməli, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipi əsas götürülməlidir.

Sonunucu iki prinsip bir-birinə ziddir. Ona görə də Qarabağ münaqişəsi həll olunmur. Azərbaycan ərazi bütövlüyü, Ermənistan isə xalqların öz müqəddəratını təyinetmə prinsipini əsas götürür və hər ikisi Helsinki Yekun Aktına istinad edir. Azərbaycanın mövqeyi belədir ki, ermənilər xalq olaraq öz müqəddəratlarını bir dəfə müəyyənləşdiriblər və Ermənistan dövlətini yaradıblar, Azərbaycan torpaqlarında ermənilərə ikinci dəfə öz müqəddəratlarını təyin etmək hüququ verlməyəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib. Bu Azərbaycan Prezidentinin beynəlxalq aləmə mesajıdır ki, Dağlıq Qarabağın müstəqlliyinə yol açacaq referenduma heç bir halda icazə verilməyəcək. Ermənistan hakimiyyəti isə tam əksinə referendum təminatı almadan torpaqların bir hissəsini də boşaltmağa razı deyil. Həllin düyünə düşməsi bununla bağlıdır”.

Qeyd olunur ki, vasitəçilər Azərbaycanla Ermənistanı mümkün qədər danışıqlar prosesində saxlamağa çalışacaq:

“İndiki vəziyyətdə hər iki tərəf yeni toqquşmada maraqlı deyil. Buna 2018-ci ildəki seçki faktoru da mane olur. 2018-ci ildə Azərbaycanda və Rusiyada prezident, Ermənistanda isə parlament seçkisi keçiriləcək. Buna baxmayaraq bölgədə istənilən təxribat 2016-cı ilin aprel döyüşlərinin təkrarlanmasına səbəb ola bilər. 2016-cı ilin yayında Bakıda böyük idman yarışları keçiriləcəkdi və məntiqlə bölgədə sabitliyə riayət olunmalı idi. Ancaq bu faktorun özü belə aprel toqquşmasının qarşısını almadı. Bu baxımdan 2018-ci ilin seçki ili olmasına baxmayaraq, danışıqlarda irəriləyişin əldə olunmaması atəşkəsin yenidən intensiv pozulmasına və cəbhə bölgəsindəki gərginliyin artmasına gətirib çıxara bilər. Azərbaycan və Ermənistan kifayət qədər silahlanıblar və bu silahlar və hərbi texnika vasitəsilə cəbhə bölgəsində mövqelərinin gücləndirilməsinə çalışacaqlar. Əgər Ermənistan ordusu Qarabağda status-kvonu qorumağa çalışırsa, Azərbaycan ordusu tam tərsinə status-kvonu dəyişməyə çalışır. Bu da vasitəçilər üçün bir başqa dilemmadır ki, bunu həll edə bilmirlər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər