12 Dekabr 2017 13:53
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-2018-ci illərdə Azərbaycanda inflyasiyanın azalma tempi Gürcüstan və MDB ölkələri ilə müqayisədə daha ciddi olacaq.

Bu barədə BMT-nin İqtisadi və sosial məsələlər departamentinin hazırladığı "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı hesabatda deyilir.

Qeyd olunur ki, 2017-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 12 faiz olacaq, lakin gələn il 5,9 faizədək azalacaq. 2019-cu ildə isə inflyasiya cüzi artaraq 7,5 faiz təşkil edəcək.

BMT-nin proqnozuna əsasən, regionun digər ölkələrində - Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukraynada inflyasiyanın azalma tempi 0,3-3 faiz bəndi təşkil edəcək. Ermənistan, Türkmənistan və Rusiyada isə inflyasiyanın artmı proqnozlaşdırılır./Trend/

BMT-nin MDB və Gürcüstanda inflyasiya üzrə tam proqnozu (faizlə):

2017-ci il

2018-ci il

2019-cu il

Neft ixracatçıları

4,6

4,7

4,3

Azərbaycan

12

5,9

7,5

Qazaxıstan

7,6

6,1

5,7

Rusiya

3,9

4,4

3,9

Türkmənistan

5,6

6

4,6

Özbəkistan

10,5

8,1

7,6

Neft idxalçıları

11,4

9,3

7,9

Ermənistan

2,1

2,9

3,3

Belarus

7,1

6,8

6,5

Gürcüstan

5,8

3

3

Qırğızıstan

4

3

3

Moldova

6,9

5,8

5,3

Tacikistan

7,6

5,6

4,8

Ukrayna

14,8

11,7

9,5


Müəllif: Teleqraf.com