Oksford lüğəti ilin sözünü elan edib.
Bu söz "youthquake" olub.
"Youthquake" - gənc nəslin təsiri ilə baş verən mədəni, siyasi, yaxud sosial dəyişiklikləri ifadə edir.
Məlumata əsasən, bu söz ona görə ilin sözü seçilib ki, 2017-ci ildə ötən illə müqayisədə 5 dəfə daha çox istifadə olunub.
Qeyd edək ki, bu termin ilk dəfə 1965-ci ildə "Vogue" jurnalının baş redaktoru Diana Vriland tərəfindən istfadə olunub./Trend/