16 Dekabr 2017 12:24
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:55

Azərbaycan Nazirlər Kabineti “Elmi müəssisələrin akkreditasiyası Qaydası”nı təsdiq edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rəsizadə imzalayıb.

Hökumət başçısının digər qərarı ilə “Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında Əsasnamə”də təsdiqlənib.

***

Nazirlər Kabinetinin təsdiqlədiyi “Elmi müəssisələrin akkreditasiyası Qaydası”ına əsasən, Azərbaycanda elmi müəssisələrin akkreditasiyası son 5 illik fəaliyyət qiymətləndirməklə aparılacaq.

Xəbərə görə, bu qayda tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən elmi müəssisələrin (təşkilatların) akkreditasiyasının keçirilməsi, akkreditasiya barədə şəhadətnamələrin verilməsi qaydasını müəyyən edir.

Elmi müəssisələrin akkreditasiyası elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi müəssisələrin maddi-teхniki bazasının və infrastrukturunun, elmi prоqramlarının, elmi tədqiqatlarının nəticə-lərinin və səmərəliliyinin, kadr pоtensialının, maliyyə resurslarının nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır.

Müəssisələrin akkreditasiyası onların elmi fəaliy-yətlərinin qiymətləndirilməsi əsasında elmi müəssisələrin akkreditasiyası qurumu - Akkreditasiya Komissiyası tərəfindən həyata keçirilir.

Akkreditasiya elmi müəssisələrin son 5 illik fəaliyyətini qiymətləndirməklə aparılır.

Akkreditasiya Komissiya tərəfindən təsdiq edilmiş qrafik üzrə həyata keçirilir və bu barədə rəsmi müraciətin edildiyi vaxtdan 3 ay müddətində həyata keçirilir.

Akkreditasiya sənədlərin ekspertizası, elmi müəssisələrdə yerində baxış keçirilməsi yolu ilə həyata keçirilir. Akkreditasiya edilən elmi müəssisələr Komissiyanın normal fəaliyyəti üçün şərait yaradır.

Elmi müəssisə Komissiyaya aşağıdakı sənədləri təqdim edir:

1. akkreditasiyadan keçmə barədə ərizə,

2. elmi müəssisənin - vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin və dövlət vergi orqanında qeydiyyata alınmasını təsdiq edən sənədinin notarial qaydada təsdiq edilmiş surətləri,

3. kadr potensialı, maddi-texniki bazası, infrastrukturu, beynəlxalq əlaqələri, elmi nəticələrin istehsalatda tətbiqi, nəşr olunmuş məqalələrin sayı haqqında məlumat,

4. elmi müəssisənin fəaliyyətinin əsas göstəriciləri barədə məlumatları özündə əks etdirən sənədlərin müəssisənin rəhbəri tərəfindən təsdiq edilmiş surətləri,

5. təqdim edilmiş sənədlərin siyahısı.

Komissiya 10 iş günü müddətində sənədlərin düzgünlüyünü və tamlığını yoxlayır. Komissiya sənədlərin düzgünlüyü və akkreditasiya prosedurunun başlanma tarixi barədə ərizəçiyə bildiriş göndərir.

Sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə qeyri-dəqiq və ya natamam məlumatlar olduqda, Komissiya bu barədə müşayiət məktubu ilə sənədləri ərizəçiyə qaytarır. Ərizəçinin sənədlərdəki çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət etmək hüququ var.

Komissiya lmi müəssisənin fəaliyyətini qiymətləndirərək, müəssisənin akkreditasiyadan keçib keçməməsi barədə müvafiq qərar qəbul edir.

Akkreditasiyadan keçmiş elmi müəssisəyə Komissiya tərəfindən akkreditasiya haqqında şəhadətnamə verilir.

Elmi müəssisənin akkreditasiyadan keçməsi barədə qərar qəbul edildiyi gündən etibarən 10 iş günü müddətində Komissiya akkreditasiya haqqında şəhadətnaməni ərizəçiyə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Şəhadətnaməni 10 iş günü müddətində təqdim etmək mümkün olmadıqda, o, poçt vasitəsilə ərizəçiyə göndərilir.

Akkreditasiyadan keçməmiş elmi müəssisələrə bu barədə Komissiyanın qərarının əsli ilə düzgünlüyünün təsdiq edilmiş surəti göndərilir.

Akkreditasiyadan keçə bilməyən elmi müəssisələr 3 il müddətinə təkrar akkreditasiyadan keçmək hüququna malikdirlər. Akkreditasiyadan keçməmək haqqında qərar yalnız məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.

Elmi müəssisə ləğv edildikdə və ya yenidən təşkil olunduqda, həmin müəssisənin akkreditasiya barədə şəhadətnaməsi qüvvədən düşür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər