18 Dekabr 2017 00:20
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda azyaşlılara siqaret satılır.

Teleqraf.com xəbər verir ki, faktı təsdiqləyən görüntülər Bakının Xətai rayonunda lentə alınıb. Videonu kənardan prosesi izləyən vətəndaşlar çəkib.

Məsələ ilə bağlı köşkün satıcısının rəyi isə diqqət çəkib. O, videodakı köşkün onlara aid olmadığını və siqareti 18 yaşından yuxarı şəxslərə satdıqlarını iddia edib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayan uşaqlara tütün məmulatlarının satılması qadağandır. Qaydalara əməl etməyənləri 100 manat cərimə gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər