Məhəmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadənin məzarı bərpa edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Könül Şamilqızı məlumat verib.
“Siz bir yola çıxarkən arxanızda birilərinin dağ kimi durduğunu görməkdən daha gözəl heç nə yoxdu. Mən bir təşəbbüs göstərdim və Azərbaycan Kültür Dərnəyi dağ kimi arxamda durdu. Böyük liderimiz Məhəmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadənin məzarı Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü, Anıtlar Dərnəyinin dəstəyi ilə bərpa edildi. Məzarın sadə olmasını mən istədim. Sağ olsunlar, fikrimi soruşdular, mən də Leyla xanım kimi sadə və zərif olsun dedim. Bir də üstündə həmişə çiçəklər olsun, dedim. Sabah gedib, o çiçəkləri də əkəcəm. Çox xoşbəxtəm, qürurluyam”, - deyə Könül Nəsibova yazıb.