Bərdədə ana doğuş vaxtı ölüb.
Bərdə rayon Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Könül Əliyeva Bərdə Mərkəzi Rayon Xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.
Yeni doğulan körpəni xilas etmək mümkün olub./APA/
***
Bərdə Mərkəzi Rayon Xəstəxanasında baş verən ana ölümün səbəbi məlum olub.
Xəstəxanasının Doğum şöbəsinin müdiri Tünzalə Quliyeva Teleqraf.com-a açıqlamasında bildirib ki, Bərdə rayon Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Könül Əliyeva xəstəxanada qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib:
“Əməliyyat zamanı uşaq götürülən vaxt qadının qəflətən vəziyyəti pisləşib. Ana ölümünə səbəb onda dölyanı mayenin embaliyası baş verməsidir. Həkimlərin göstərdiyi səylərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən ölümün səbəbləri araşdırılır. Nəticə 2 həftə ərzində açıqlanacaq.”.
Tünzalə Quliyeva qeyd edib ki, bu, qadının ikinci hamiləliyimiş: “Əməliyyatdan qabaq heç bir narahatlığı olmayıb. Qadın xəstəxanaya qanaxma ilə çatdırılıb”.