20 Dekabr 2017 08:28
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

52 yaşlı Rövşən Abbasov ən böyük böyrəyə sahibdir. Onun böyrəklərinin ümumi çəkisinin 12 kiloqramdan çoxdur.

Teleqraf.com xəbər verir ki, Goranboyun Veyisli kəndində məskunlaşan əslən Kəlbəcərdən olan Rövşən Abbasov 3 ildən artıqdır ki, böyrək xəstəliyindən əziyyət çəkib. Ancaq buna baxmayaraq, özü də böyrəklərinin bu qədər böyük olmasından bixəbər olub. Həkimə müraciətdən sonra onda belə bir problemin olduğu müəyyənləşib.

Rövşən Abbasov bildirib ki, əvvəllər ağrıları çox olsa da, amma böyrəklərinin çəkisi normal olub. Daha sonra xəstəliyi səbəbi ilə böyrəklərinin çəkisi artıb. Vəziyyəti hər keçən gün daha da şiddətlənib, hətta komaya da düşüb.

Daha sonra həkimə əməliyyat üçün müraciət zamanı böyrəklərindən birinin 6 kiloqram 300 qram digərinin isə 6 kiloqram 500 qram olduğunu bilib. Əməliyyat aparılaraq böyrəkləri çıxarılıb. Hal-hazırda iki böyrəyi də olmayan Rövşən Abbasov dializə gedir və yaxın zamanlarda ona yeni böyrək köçürüləcək.

Qeyd edək ki, Ginnesin rekordlar kitabında ən böyük böyrəyin birlikdə çəkisi 7 kiloqram olub. (xəzər tv)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər