Bakı Telefon Rabitəsi MMC-nin tabeliyində olan bəzi telefon qovşağı ləğv olunduğunu elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alıb.
Məlumata bildirilir ki, Bakı Telefon Rabitəsi MMC-nin tabeliyində fəaliyyət göstərən Bakı Kabel Qovşağı da ləğv olunub. Şirkətin bütün hüquq və vəzifələri onun hüquqi varisi olan Bakı Telefon Rabitəsi MMC-yə keçib.
Digər məlumatda isə deyilir ki, Xətai, Sabunçu, Yasamal, Xəzər, Qaradağ və Nizami telefon qovşaqları bütün hüquq və vəzifələrinin Bakı Telefon Rabitəsi MMC-yə keçməsi şərti ilə ləğv olunub.