21 Dekabr 2017 12:20
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət və özəl bağçalarda xüsusi qida rasionlarında müəyyən çatışmazlıqlar var.

Teleqraf.com xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev deyib.

Onun sözlərinə görə, bütün bağçalarda azyaşlılar üçün xüsusi menyuların tərtibinə diqqət ayrılır:

"Araşdırmalar zamanı müəssisələrdə normaları pozan rəhbərlik uyğun qaydada cəzalandırılır. Qeyd edim ki, bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan qurumlar qida ilə təmin edir. Burada xüsusi standartlar yoxdur. Hər bağçada uşaqların yaş həddi, orqanizmi nəzərə alınır. Məsələn, əgər hər uşağa 23 qram kərə yağı düşürsə, uşağın yaş həddi (3-6 yaş), orqanizmi (piylənməyə meyillilik və s.) nəzərə alınaraq onun həcmi azaldıla bilir. Qida rasionu azyaşlılar üçün olduqca önəmlidir və bu kimi norma pozuntuları kəskin şəkildə ictimailəşdirilməlidir".

İmran Abdullayev bildirib ki, bağçalarda zəhərlənmə halları qidaların standartlara uyğun şəkildə saxlanılmaması ilə əlaqəlidir:

"Ötən illə müqayisədə bu il şikayətlər azalıb. Bağçalarda qidalar müəyyən normalara uyğun (3-7 günlük) saxlanılır. Buna nəzarət üçün xüsusi komissiya yaradılıb. Belə olan halda bağırsaq çöpləri, mədə-bağırsaq pozuntusu kimi xəstəliklərin yayılmasının qarşısı alınır. Mövsüm ərzində dəfələrlə profilaktik tədbirlər aparılıb və heç bir gigiyenik norma pozuntusuna rast gəlinməyib".


Müəllif: Könül

Oxşar xəbərlər