Bakıda Yeni il bayramı ilə əlaqədar quraşdırılan yarmarka çadırlarının natəmiz olması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ölçü götürəcək.
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Onun sözlərinə görə, BŞİH məsələni araşdıracaq: “Əraziyə nəzarət edən işçilərə xəbərdarlıq olunacaq. Natəmizliklə bağlı ölçü götürəcək. Məsələnin həlli istiqamətində işlər görüləcək”.
Qeyd edək ki, Bakıda Yeni il bayramı ilə əlaqədar paytaxtda 15 yarmarka çadırı quraşdırılıb. Çadırların içində və ətrafında natəmizlik müşahidə olunur.