22 Dekabr 2017 12:31
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr İvanov Bakıda dəfn olunacaq.

Onun cəsədi dekabrın 23-də Moskvadan Bakıya gətiriləcək və Azərbaycan paytaxtındakı qəbiristanlıqlardan birində torpağa tapşırılacaq.

Bu gün isə Moskvada Aleksanda İvanovla vida mərasimi keçiriləcək.

Xatırladaq ki, "İnterfaks-Azərbaycan"ın baş direktoru ötən gün beyninə qan sızması nəticəsində ömrünün 68-ci ilində Moskvada vəfat edib. O, 1950-ci il iyulun 12-də Bakıda anadan olub, 2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan"ın baş direktoru təyin edilib./Report/


Müəllif: Teleqraf.com