Tanınmış jurnalist, “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov dekabrın 23-də son mənzilə yola salınıb.
Vida mərasimində rəsmi şəxslər, deputatlar, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə Aleksandr İvanovun xidmətlərindən, onun jurnalistika sahəsindəki fəaliyyətindən danışılıb.
Mərhum Yasamal qəbiristanlığında dəfn edilib./trend/