25 Dekabr 2017 00:12
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı kompüter oyunu asılılığını ruhi xəstəlik kimi qəbul etməyə hazırlaşır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 1990-cı ildə hazırlanan Xəstəliklərin Beynəlxalq Təsnifatı 2018-ci ildə yenilənəcək və oyun asılılığı rəsmən xəstəlik kimi tanınacaq.

Ümumdünya Səhiyyə Təşkilatının eksperti Vladimir Poznyak kompüter oyunu asılılığının çox ciddi məsələ olduğunu bildirib: "Hər spirtli içki qəbul edən insan alkoqolizmdən əziyyət çəkmədiyi kimi hər kompüter oyunu oynayan insan da ruhi xəstə sayıla bilməz. Amma oyunlardan asılılıq insan sağlamlığına böyük ziyan vura bilər".

Aparılan sorğularda əksər insanlar kompüter oyunlarının real asılılıq yaratmadığını bildiriblər. Ancaq mütəxəssislər bildirirlər ki, kompüter oyunu oynayanların 10%-i kompüterdə 12-24 saat arası vaxt keçirirlər.


Müəllif: Kəmalə