Ölkə ərazisində dekabrın 24-ü gündüzdən 25-i səhərədək bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü qərb küləyi əsib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a bildirilib ki, düşən yağıntının miqdarı Şahdağda 20, Ağdərədə (Ordubad) 15, Sarıbaş, Xınalıq, Qırızda 14, Daşkəsəndə 11, Şamaxıda 10, Şahbuzda 9, İsmayıllıda 7, Astarada 6, Mərəzə, Lənkəranda 5, Xaltan, Altıağac, Ağsuda 4, Sabirabad, Quba, Naxçıvanda 3, Gədəbəy, Göygöl, Balakən, Qəbələ, Zaqatala, Göyçay, Kürdəmir, Qazıməmməd, Lerik, Kişçayda (Şəki) 2, Yardımlı, Göytəpə, Cəfərxan, İmişli, Tərtər, Bərdə, Qusar, Xaçmaz, Gəncə, Sumqayıt, Bakı, Zabrat, Ələtdə 1 mm olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 11, Göygöldə 5, Qırızda 4, Xınalıq, Xaltanda 2, Gədəbəydə 1 sm təşkil edib.