Bu gün dünyada dindən sui-istifadə hallarını müşahidə etməkdəyik. Radikal qruplar dindən istifadə edərək dünyanın ayrı-ayrı regionlarında faciələrə gətirib çıxaran hadisələr törədilir.
Teleqraf.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Söz azadlığı və dini icmalar” mövzusunda konfransda deyib.
Mübariz Qurbanlı bildirib ki, bu cür hadisələrin qarşısını almaq üçün dinlərarası dialoqa, İslam dünyasının daxilində həmrəyliyə böyük ehtiyac var.
Komitə sədri qeyd edib ki, Azərbaycan bu baxımdan nümunəvi ölkədir. O deyib ki, Azərbaycanda dövlət-din modeli mövcuddur.
Mübariz Qurbanlı əlavə edib ki, Azərbaycan dinlərarası dialoqa, İslam həmrəyliyinə böyük töhfə verməkdədir.