Gələn ildən bəzi xarici ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, martın 2-dən Birləşmiş Ərəb Əmirliyinin “Etihad Airways” şirkəti Əbu-Dabi - Bakı istiqamətində uçuşlar həyata keçirəcək: "Artıq bu istiqamət üzrə bilet satışına başlanılıb".
N.Bağırov qeyd edib ki, gələn il iyun ayından İsrailin “Arkia” aviaşirkəti də Bakıya həftədə 3 dəfə olmaqla, birbaşa aviareys yerinə yetirməyi planlaşdırır.
Assosiasiya sədri qeyd edib ki, hazırda Polşadan Bakıya birbaşa uçuşların həyata keçirilməsi üçün danışıqlar aparılır: "Artıq uşuçların yerinə yetirilməsi üçün razılıq əldə edilib. Uçuşların gələn il iyun ayından başlayaraq, həftədə 2 dəfə həyata keçirilməsi planlaşdırılır".
N.Bağırov bu reyslərin Azərbaycanda turizmin inkişafına təkan verəcəyini söyləyib. (Trend)