Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasından sonra onun villalarından birində dəhşətli yanğın baş verib. Olay Göygöl rayonunun Üçtəpə qəsəbəsində olub.
Bildirilir ki, sözügedən ərazidə, Üçtəpənin girişinə yaxın hissədə böyük - qazonla örtülmüş, müxtəlif dekorativ ağaclar, üzüm bağı salınmış həyətdə 2 qoşa imarət var.
Üçtəpədə vaxtilə Zaqafqaziya Hərbi Dairəsinin yerləşmiş olduğu hərbi hissənin ərazisində inşa edilən 2 yanaşı və son dərəcə dəbdəbəsi ilə seçilən qoşa imarətdən çıxan tüstü Bakı-Şəmkir yolundan da görünüb. Jurnalistlər sabiq nazirin mülkünə çatanda orada Göygöl Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadaları işləyirmiş. Ərazidə 10-a yaxın yanğınsöndürən maşın alovun qarşısını almağa çalışıb.
Kənd sakinləri də yanğınsöndürənlərə kömək edib./Musavat.com/