28 Dekabr 2017 11:36
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xətai” metrostansiyasında olan eskalatorlar 1968-ci ildə quraşdırıldığına görə 50 illik istismar müddətini 2018-ci ildə başa vurur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Metropoliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, bu səbəbdən metro təmirə bağlanmalıdır: “Stansiyanın nə qədər müddətə təmirdə qalacağı dəqiq deyil. Çünki bağlanmamışdan qabaq stansiyada yoxlanış keçirilir. Hansı işlərin görüləcəyi planlaşdırılır.

Çox güman ki, yalnız eskalatorlar deyil, stansiya bütövlükdə əsaslı təmir olunacaq. “Cəfər Cabbarlı”- “Xətai” xətti bağlıdır. Orda da təmir işləri gedəcək. Yəni bütün işlərin həcmi hesablanıb, yekun qərar qəbul ediləcək”.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər