Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsi haqqında fərman imzalayıb.
“APA-Economics” xəbər verir ki, ARDNF-nin 2018-ci il büdcəsinin gəlirləri 11 mlrd. 559 mln. 956,2 min manat, xərcləri isə 9 mlrd. 730 mln. 221,8 min manat məbləğində təsdiq edilir.
Fondun 2018-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
№ |
Gəlir mənbələri |
Məbləğ (min manat) |
2.1. |
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) |
9 723 786,1 |
2.2. |
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri |
3 612,0 |
2.3. |
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər |
16 340,0 |
2.4. |
Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər |
1 042 046,1 |
2.5. |
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar |
774 172,0 |
|
Cəmi |
11 559 956,2 |
Müəyyən edilsin ki, ARDNF-nin 2018-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
№ |
Xərc istiqamətləri |
Məbləğ (min manat) |
3.1. |
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi |
200 000,0 |
3.2. |
Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi |
9 216 000,0 |
3.3. |
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi |
90 000,0 |
3.4. |
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi |
176 128,0 |
3.5. |
“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi |
16 218,0 |
3.6. |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər |
31 875,8 |
|
Cəmi |
9 730 221,8 |