29 Dekabr 2017 16:29
1 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç ildən artıqdır o afişalar metrodadır. Kimin yadına və hansı məqsəqlə indi düşüb, anlamıram.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Metropoliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metrolarda reklam siyasəti ilə bağlı yazarların iradına cavab verərkən deyib.

Onun sözlərinə görə, metroda sosial məsuliyyətlə bağlı işlər görəndə başqa məqsəd güdülmür: “Posterlərin içində davranış qaydaları, metrodan istifadə mədəniyyəti, sosial məsuliyyətə çağırış, mütaliənin təbliği var… Bu posterlərin hər birində Azərbaycan dilinin norma və qaydalarına əməl etməklə müəyyən sloqanlar, çağırışlar yer alır.

Kimsə şəkildə nəsə bir şey görübsə, orada xoşagəlməz məqsəd güdməsin. Lazım olanda ağ kağızda da ləkə tapmaq mümkündür”.

Qeyd edək ki, şair, "Ədəbiyyat qəzeti"nin əməkdaşı Hədiyyə Şəfaqət metrodakı posterlərdə kitab oxuma ilə bağlı təbliği posterdə rus qəzet və kitablarının yer almasından təəssüfləndiyini qeyd edib:

“Bir neçə gün əvvəl Bakıda, metroda bir reklam diqqətimi çəkdi. Kitab oxumağı reklam edirlərmiş. Bəyin əlindəki qəzet rus dilindədir. Xanımın əlindəki kitab da...

Düzü, nəsə kefim pozuldu, bu metrodur, ictimai yerdir. Azərbaycan dilinin qorunmasına diqqət edilməsi gərəkdir deyə düşünürəm. Sonra özümə təsəlli vermək istədim, bəlkə plakatdakı foto ruslardan alınmadır deyə, hərçənd bu da başqa biabırçılıqdır…

Lakin oturanların arxasında, aynada "Dərnəgül" metro-stansiyasının adı açıq-aşkar görünür”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər