Səhiyə Nazirliyi tərəfindən 2018-2022-ci illər üçün yeni Dövlət Proqramının layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclasında məlumat verilib.
İclasda bildirilib ki, uşaqların icbari dispanserizasiyası Dövlət proqramı çərçivəsində 2017-cı ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunub: “Tibbi müayinədən keçirilmiş uşaqların 5.1 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub. Bu Proqramının icra müddəti bi il başa çatdığından, Səhiyə Nazirliyi tərəfindən 2018-2022-ci illər üçün yeni Dövlət Proqramının layihəsi hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilib. “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb”.
Oqtay Şirəliyev səhiyyənin ən prioritet istiqamətlərinə dair təsdiqlənmiş Dövlət Proqramlarının uğurla tətbiqini, bu Proqramların insanların həyatındakı əhəmiyyətini vurğulayıb: “Ana və uşaqların sağlamlığının qorunması məqsədilə qəbul edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. Hazırkı rəqəmlər, statistik göstərişlər səhiyyə sahəsinin istənilən bölməsində xeyli irəliləyişlərin əldə olunduğunu sübut edir. Uşaqların sağlamlığı ilə əlaqədar çox mühüm işlər görülür. Bunlardan biri uşaqların icbari dispanzerizasıyasıdır. Bu tədbir sayəsində azyaşlıların ölüm göstəriciləri dəfələrlə aşağı yenib. Dispanzerizasiya imkan verir ki, gələcək üçün yeni sağlam nəsil yetişsin. Lakin əldə olunan nailiyyətlərlə yanaşı problemlər də mövcuddur. Mövcud problemlərin kökündən həll edilməsində müasir elmi yanaşmanın, elmi tədqiqat institutlarının müasir tələblərə uyğun fəaliyyət göstərməlidir. “Təəssüf ki, bəzən təbabət elmimiz zamanla ayaqlaşmayan, sovet dövründən qalma mövzuları tədqiq edir. Azərbaycan Milli Elmlər Akademiyası ilə razılıq əldə olunub, tibb elminin ölkə üçün aktual istiqamətlərini müəyyənləşdirmək məqsədilə Akademiyanın institutlarının, Səhiyyə Nazirliyinin elmi tədqiqat institutlarının, Tibb Universitetinin, Həkimləri Təkmilləşdirmə İnstitutunun iştirakı ilə geniş toplantı keçirilməsi planlaşdırılır”.
Nazir qeyd edib ki, yaxın gələcəkdə həkimlərin sertifikasiyasının prinsipləri dəyişdiriləcək: “Hazırda zamanın tələblərinə uyğun olaraq sertifikasiyanın yeni qaydaları hazırlanır. Bu qaydalara əsasən, sertifikasiya tək kompüter imtahanı ilə məhdudlaşmayacaq və tibb işçisinin savadını, praktik fəaliyyət qabiliyyətini dəyərləndirməyə imkan verəcək. Səhiyyəmizdə həm gələcək savadlı kadrların yetişməsi, həm də bugünkü həkimlərin müasir səviyyədə işləməsi üçün davamlı tibbi təhsilin əhəmiyyəti önəmlidir