1 Yanvar 2018 10:57
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik Rusiyadan Tacikistana keçib.

Teleqraf.com xəbər verir ki, dekabrda MDB-nin Moskvada keçirilən qeyri-formal sammitində Tacikistan prezidenti Emoməli Rahmon bildirib ki, ölkəsi MDB-yə sədrlik dövründə hərbi-texniki əməkdaşlığın inkişafına, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə proqramın həyata keçirilməsinə çalışacaq.

Tacikistan üçün MDB-də iqtisadi əməkdaşlığın inkişafı da prioritet olacaq. İ.Rahmon 2018-ci ildə Düşənbədə təşkil olunacaq MDB hökumət başçılarının görüşü və MDB dövlət başçılarının sammitinin bu il ölkədə keçiriləcək ən vacib tədbirlərdən biri olacağını da vurğulayıb. (APA)


Müəllif:

Oxşar xəbərlər