At ili, İt ili, Dovşan ili, Meymun ili, Pələng ili. Bunun enində-sonunda adam ili deyilən bir çevrilişi olacaqmı?
Teleqraf.com xəbər verir ki, bu sualı deputat Fazil Mustafa özünün Feysbuk səhifəsində yazıb.
Millət vəkili bu sualla həm də 2017-ci ildə dünyada müşahidə edilən qarşıdurmalara işarə vurub:
“Dünyadakı, özəlliklə də Əfqanıstandakı, İraqdakı, Suriyadakı, Afrika ölkələrindəki, Myanmardakı xaosu görəndə düşünürsən ki, hələlik belə məqsədəuyğundur... Dünya heyvanlıqla və bir çox hallarda böyük gücə sahib heyvanlar tərəfindən idarə olunur. Əməlli-başlı adamlar dünyada söz sahibi olanda heyvan adları ilə simvollaşan illər də yekunlaşacaq və dəyişməz bir adam ili başlayacaq”.