3 Yanvar 2018 14:47
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələrinin hakim və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Zülfüqar Əziz oğlu Əhmədov Sədərək Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Hüseyn Nadir oğlu Zülfüqarov Şərur Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Faiq İnqilab oğlu Heydərov Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin hakimi təyin edilib

Bu sərəncam yanvarın 22-də qüvvəyə minəcək./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər