İqor Xankişiyev öz ərizəsi ilə işdən çıxıb.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Metropoliteni QSC mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev QSC-nin tikinti departamentinin rəisi İqor Xankişiyevin vəzifəsindən azad edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İ.Xankişiyev yaş həddinə görə Bakı Metropoliteni QSC-nin rəisi Zaur Hüseynova ərizə yazaraq müraciət edib, sədr də ərizəni qəbul edib.
Qeyd edək ki, İqor Xankişiyevin 79 yaşı var. O, 1979-1987-ci illərdə "Bakı Metropoliteni"ində rəis işləyib. 2012-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar Mühəndis fəxri adına layiq görülüb, «Fəxri dəmiryolçu»dur. "Bakı Metropoliteni"nin 50 illik yubleyində prezidentin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.