Azəriqaz İstehsalat Birliyi qaz sayğacının sıfırlanması ilə bağlı məsələyə aydınlıq gətirib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Teleqraf.com-a açıqlamasında bildirib ki, dekabrın sonunda sayğacların göstəricisinin götürülməsinə start verilib: “2018-ci ilin yanvar ayının 1-dən etibarən limitlər yenidən təhciz olunmağa başlayıb. Prosesdə heç bir problem yoxdur. Əgər abonentin sayğacında ötən ildən məbləğ qalıbsa, 2018-ci ildə hansı aydan ödəniş edəcəksə, o vaxtdan yeni 1700 kubmetr qaz limiti hesablanacaq”.
İbrahim Kərbalayev 2018-ci il başlamasına baxmayaraq, qaz sayğaclarının hələ də sıfırlanmadığı iddialarına da cavab verib: “Tarif (qiymət) Şurasının 2016-cı il 22 dekabr tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanıb.
Vətəndaşa müraciət ünvanlamışıq ki, sağyacın kodunu qeyd etsin və məlumatı araşdıraq”.
Şöbə rəisi qeyd edib ki, qaz sayğacının sıfırlanması zamanı əhaliyyə qazın verilməsində heç bir məhdudiyyət ola bilməz.
Qeyd edək ki, Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı 2018-ci il başlamasına baxmayaraq, qaz sayğaclarının hələ də sıfırlanmadığını bildirib: “Qızım smartkarta 10 manat yükləyib, amma sayğaca 5 manat yüklənib. Halbuki yanvarın 1-dən etibarən limit ləğv olunmalı idi”.