Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin kollektivi Yeni təqvim ili ərəfəsində, istirahət günlərində, gucləndirilmiş iş rejimində çalışıb.
Bu barədə Teleqraf.com-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.
Onun sözlərinə görə, bayram günlərində sərnişin sıxlığını qismən də olsa azaltmaq üçünü ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonlar qoşulub: “Yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 73 vaqon qoşulub”.
Sevinc Qədirova qeyd edib ki, bayram günlərində (yeddi gün ərzində) yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında cəmi 16404 nəfər sərnişin daşınıb. Bu, adi iş günlərində daşınan normadan iki dəfə çoxdur.