İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.
Teleqraf.com-un məlumatına görə, 1962-ci il təvəllüdlü Ramiz Quliyev dələduzluqda təqsirləndirilir. R.Quliyev barəsində Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi başlayıb. Lakin R.Quliyev istintaqdan yayındığı üçün məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb.
İnterpol həmin qərarla R.Quliyev barəsində axtarış elan edib.