ABŞ-ın “Əpl” şirkətinin yeni “ayfon SE 2018” smartfonunun martda satışa çıxarılacağı məlum olub.
Teleqraf.com "İctnyus"a istinadən xəbər verir ki, modelin ucuz versiyasının 2-3 ay sonra buraxılacağı gözlənilir.
Qeyd olunur ki, onun texniki xüsusiyyətləri “ayfon 7” smartfonundan zəif olacaq. “Selfi” həvəskarları üçün 12 meqapikselli ön kamera nəzərdə tutulub. 2 giqabaytlıq operativ yaddaşla təchiz ediləcək qurğunun ekran diaqonalının ölçüsü 4 düym təşkil edəcək. Smartfon digər xüsusiyyətlərinə görə “ayfon 7” modelinə uyğun olacaq.
Məlumata görə, yanvardan etibarən Tayvanın “Vistron” şirkəti “Əpl” məhsullarının buraxılışına başlayacaq və bu, qurğunun qiymətinə təsir göstərə bilər. Analitiklərin fikrincə, yeni “Əpl” smartfonunun qiyməti təxminən 400 dollar təşkil edəcək.