ABŞ-ın tələbi ilə BMT Təhlükəsizlik Şurasında İrandakı etiraz aksiyalarının müzakirə üçün iclas keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Valisi Nebenzya iclasda ABŞ-ı tənqid edib:
“ABŞ saxta bəhanələrlə İranın daxili işlərinə qarışmağa çalışır. Bu gün bir daha ABŞ-ın BMT Təhlükəsizlik Şurasından pis niyyətləri üçün istifadə etdiyinin şahidi olduq. İran daxili məsələlərini özü həll etməlidir. Əfqanıstan, Suriya, Liviya, İraq, Yəmən, Şimali Koreya və Afrikadakı problemləri həll etməyimiz vacibdir. Şuranın gücünü boş yerə xərcləyirsiz”.
Fransanın BMT-dəki daimi nümayəndəsi François Delattre də ABŞ-ın İrandakı məsələlərə müdaxiləsini kəskin şəkildə pisləyib: “İrandakı etirazlar beynəlxalq sülh və təhlükəsizliyi təhdid etmir. Bu ölkəyə hansısa müdaxilə pis nəticələrə səbəb ola bilər”.
İngiltərənin BMT-dəki nümayəndəsi Matyu Rikroft isə etirazlar zamanı insan ölümlərindən narahatlıq duyduqlarını bildirib və zorakılığa son qoymaq üçün İranın hazırkı hökumətinə səslənib.