7 Yanvar 2018 00:12
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyi paytaxtda azı 15 nəfərin xəsarət alması ilə nəticələnən avtobus qəzası ilə bağlı məlumat yayıb.

Teleqraf.com-un xəbərinə görə, məlumatda bildirilir ki, yanvarın 5-də saat 17:00 radələrində Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XM 581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb. Hazırda hüquq mühafizə orqanları yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır. İlkin ehtimallara görə, hadisə sürücü ehtiyatsızlığı səbəbindən baş verib.

Məlumatda qeyd edilir ki, mövcud qanunvericiliyə əsasən sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir: “Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarəedilməsinə şərait yaradır.

Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər