8 Yanvar 2018 11:00
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 23-də yeni hərrac keçirəcək.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, hərraca 18 səhmdar cəmiyyəti, 4 qeyri-yaşayış sahəsi, 4 kiçik dövlət müəssisəsi çıxarılıb.

Kiçik dövlət müəssisələri torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Həmin əmlaklar Ağdaş, Goranboy, Xaçmaz rayonlarında yerləşir.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 64 min 900 manata olan, Xaçmaz rayonunda yerləşən Nərəcan kənd mədəniyyət evidir. Qeyd olunan daşınmaz əmlakın ümumi faydalı sahəsi 959.3 kvadrat metr, özəlləşdirilən torpaq sahəsi isə 6260 kvadrat metrdir.

Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 65 min manata Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış binası da var. Onun ümumi faydalı sahəsi 235.7 kvadrat metr, özəlləşdirilən torpaq sahəsi isə 276.5 kvadrat metrdir.

Bu dəfəki hərracda 18 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sənaye, kəndkimya, nəqliyyat, inşaat, təmir və sair sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Bərdə Kəndkimya”, “Beyləqan Buzxana”, “Salyan Kəndkimya”, “Tərtər Nəqliyyat”, “Lənkəran Mebel” kimi səhmdar cəmiyyətlər var.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər