8 Yanvar 2018 13:29
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunda Abay Kunanbayev küçəsi təmir olunur.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, uzunluğu 1.8 km, eni isə ortalama 9 metr olan küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Daha sonra yolun hərəkət hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Agentlikdən qeyd edilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkiləri qurulur.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçünsə yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.

Qeyd edək ki, “Gündəlik Teleqraf” media holdinq təmir gedən küçədə yerləşir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər