8 Yanvar 2018 14:16
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 7-də Bakının bir hissəsində qaz təchizatında məhdudiyyətlər yaranıb.

Bu barədə Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Teleqraf.com-un sorğusuna cavab verərkən deyib.

Onun sözlərinə görə, ötən gün Ramana qəsəbəsində qaz tənzimləyicinin sıradan çıxması səbəbindən qaz təchizatında yaranmış fasilə artıq aradan qaldırılıb və təbii qazın verilişi bərpa olunub: “Ceyranbatan” Qazpaylayıcı Stansiyasından ayrılan diametri 315 mm-lik polietilen yeraltı orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar qaz təchizatı ötən gün gecə saatlarından etibarən dayandırılıb. Qaz təchizatı dayandırılan müddətdə Ceyranbatan və Saray qəsəbələrinin bir hissəsinin qaz təchizatında fasilə yaranıb”.

Şöbə rəisi qeyd edib ki, birliyin əməkdaşları tərəfindən müvafiq işlər aparılır: “Yaxın saatlarda məhdudiyyət aradan qaldırılaraq təbii qazın verilişi təmin ediləcək”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər