YPG silahlıları Türkiyədən Suriyaya keçən İŞİD terror təşkilatının üzvlərini saxlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlardan biri əslən azərbaycanlı olub.
30 yaşlı Razik Maksimov adlı şəxs İŞİD terrorçuları arasında Əbdül Rəzzaq kimi tanınıb:
“Mən Suriyaya yaşamaq üçün 2015-ci ildə Türkiyədən gəlmişəm. Türkiyə sərhədini rahat keçmişik. YPG silahlıları bizi Əbu-Kamalda yaxalayıb”.