8 Yanvar 2018 15:01
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibi təsdiqlənib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsiyanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2016-cı il 15 sentyabr tarixli qərarında dəyişikliklər edib.

Statistika Şurasının sədri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Şuranın üzvləri Maliyyə Nazirliyinin Aparatının vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov, İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri Cəmaləddin Quliyev, Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin baş direktorunun müavini Fərid Cəbrayıl, Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin gömrük statistikasının təşkili və təhlili şöbəsinin rəisi Əzizağa Əhmədov, Mərkəzi Bankının Statistika Departamentinin direktoru Fəxri İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinin müdiri Çingiz Tağıyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibinin müavini Fuad Hümbətov, “Xəzər” Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri İsaxanlı Hamlet, Azərbaycan Dövlət İqtisad Universitetinin “Statistika” kafedrasının Müdiri Sakit Yaqubov, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Allahyar Muradov, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş direktorunun müavini Dağbəyi İsmayılov, “Asena Ko” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vahid Hümmətov, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev təsdiqləniblər. Şuranın katibi Dövlət Statistika Komitəsi Aparatının statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi yenidən Şahin Sadıqlı təyin olunub.

Bu qərar imzalandığı gündən qüvvəyə minir./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər